Saxta avtomobil nömrələri hazırlayıb satdı - Foto - Ağır ittihamlar

 Saxta avtomobil nömrələri hazırlayıb satdı - Foto - Ağır ittihamlar

Gəncədə saxta avtomobil nömrəsi hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan Asayis.az-a verilən məlumata görə, şəhər sakini Asif Yusifov istifadəsiz avtomobil qeydiyyat nişanlarının üzərindəki simvolları pozaraq yenisi ilə əvəz edib. Qanunsuz olaraq avtomobillərin dövlət qeydiyyat nömrəsini hazırlayaraq satıb. Şübhəli şəxsin emalatxanasına baxış keçirilərkən bir neçə dövlət qeydiyyat nömrəsi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

13:42 - 18 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin