Azərbaycanda iş adamı öz adını verdiyi şadlıq evində öldü

 Azərbaycanda iş adamı öz adını verdiyi şadlıq evində öldü

 

 

 

Asayisin.az əldə etdiyi məlumata görə, rayonun Qızılqaya qəsəbəsində yerləşən “Münasib” şadlıq sarayında oranın müdiri, 1965-ci il təvəllüdlü Münasib Polad oğlu Məmmədov pilləkəndən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. 

Münasib Məmmədov biznes fəaliyyətinə Rusiyada başlayıb və bu ölkənin vətəndaşı olub. O, daha sonra biznesini Azərbaycanda davam etdirib və  şadlıq sarayı tikdirərək ona öz adını verib. Elə həmin şadlıq evində də dünyasını dəyişib. 

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

13:01 - 18 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin