"Salyan kazarması"nın ərazisi zibil poliqonuna çevrilib - FOTO

Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi “Salyan kazarması” deyilən ərazi zibil poliqonuna çevrilib. Asayis.Az xəbər verir ki, BAKU.WS-in məlumatına görə, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.

Qeyd olunur ki, hər gün səhər saat 05 radələrində naməlum şəxslər əraziyə müxtəlif tullantılar daşıyırlar.

Ərazidə antisanitar vəziyyət yaranıb, ətrafı üfunət qoxusu bürüyüb.

Ərazinin nəzarətsiz qalması isə sakinləri narahat edir.

15:33 - 17 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin