Kanalizasiya qapaqlarına qənim kəsilən şəxs saxlanıldı

 Kanalizasiya qapaqlarına qənim kəsilən şəxs saxlanıldı

Gəncə dəmir yolu vağzalı ərazisindən 7 ədəd kanalizasiya qapağının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Asayis.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Gülşad Ağasiyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

15:22 - 17 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin