Gənc ifaçı Manaf Ağayevə görə verilişdən imtina etdi

 Gənc ifaçı Manaf Ağayevə görə verilişdən imtina etdi

Ötən gün "Xəzər axşamı" proqramında gözlənilməz hadisə yaşanıb.  Asayis.Az xəbər verir ki, verilişə müğənnilər Manaf Ağayev, Ülviyyə Namazova və son zamanlar "Tufan var" mahnısı ilə məşhurlaşan gənc ifaçı Ceyhun Səmədov dəvət edilib. 

Manaf və Ülviyyə verilişə gəlsələr də, Ceyhun proqramda iştirakdan imtina edib. Buna səbəb kimi isə onun konseptinin proqramda iştirak edən sənətçilərin musiqiləri ilə uyğun gəlməməsini göstərib.

Verilişin aparıcısı Mətanət Əliverdiyeva "Mən gənc olsam, böyük sənətkarlarımız, aktyor ya da müğənni ilə bir verilişə dəvət etsələr həmin dəqiqə gedərəm" sözlərini söyləyib.

Manaf Ağayev isə "Əgər bu indi belə başlayıbsa, Allah ruzisini verməyəcək. Yəqin ki, məni burada görüb, zəng vursun, o bir əsr də keçsə Manaf ola bilməz" fikirlərini səsləndirib.

12:59 - 17 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin