"Survivor"un ulduzu xərçəngə tutuldu - FOTO

"Survivor"un ulduz iştirakçılarından olan Nagihan Karadere xərçəngə tutulub. Asayis.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu barədə Karadere özü məlumat verib.

48 yaş yaşlı idmançı 1 ay əvvəl xəstə olduğunu öyrəndiyini bildirib.

Qeyd edək ki, ötən günlərdə Karadere ilə Acun Ilıcalı arasında problem olub. Belə ki, "Survivor" All Starın son çempionu Nisa Bölükbaşının qalibiyyətini tənqid edən Nagihan Acunun canlı yayımda dediklərindən sonra proqrama qoşulmaq istəyib. Tvitter hesabında paylaşım edən Karadere, "Məni verilişə bağlayın. Acun bəyə zəng edirəm, telefonu məşğuldur", - deyə yazıb.

12:09 - 17 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin