Azərbaycanda sabiq nazir VƏFAT ETDİ

 Azərbaycanda sabiq nazir VƏFAT ETDİ

Azərbaycanın sabiq naziri Namiq Nəsrullayev vəfat edib. Asayis.Az xəbər verir ki, BAKU.WS-in əldə etdiyi məlumata görə, o, 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, N. Nəsrullayev 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1995-ci ildə Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini təyin edilmişdir. 1996-cı ildə Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilmiş və 2001-ci ilin aprel ayına qədər bu vəzifədə çalışıb.

2001-2007-ci illərdə isə Hesablama Palatasına rəhbərlik edib.

11:24 - 17 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin