Bakıda ana və qızı itkin düşüb. Asayis.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət daxil olub. Bildirilib ki, Əbilov küçəsində yaşayan 1994-cü il təvəllüdlü Ə.Əliyeva yanvarın 16-da saat 14 radələrində azyaşlı qızı ilə birgə yaşadığı evi tərk edib və geri qayıtmayıb.
Ana və qızının fotoları və xarakterik əlamətləri polisə təqdim edilib.
Müraciətlə bağlı araşdırma aparılır.