Həftəsonu baş verən qəzalarda 6 nəfər öldü

 Həftəsonu baş verən qəzalarda 6 nəfər öldü

Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 94 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xixdmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 53 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 57, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 88 nəfər saxlanılıb.

11:31 - 31 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin