Gəncədə zəncirvarı qəza, xəsarət alanlar var - FOTO

 Gəncədə zəncirvarı qəza, xəsarət alanlar var - FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb. 

Hərəkətdə olan "OKA”, "VAZ 21010, "Mercedes” markalı avtomobillər toqquşub. Qəzadan sonra avtomobillərdən biri yol kənarında dayanan "Hyundai" markalı sərnişin avtobusuna çırpılıb. Qəza zamanı 2 nəfərin xəsarət aldığı bildirilir. Hadisə şahidlərin verdiyi məlumata görə, qəzaya səbəb olan "OKA" markalı avtomobil qəzadan sonra hadisə yerindən uzaqlaşıb. 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

15:30 - 30 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin