Masallıda silsilə oğurluqlar edən şəxs 1 il sonra tutuldu

 Masallıda silsilə oğurluqlar edən şəxs 1 il sonra tutuldu

Masallı sakininin ötən il etdiyi oğurluqların üstü açılıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xırmandalı kəndi ərazisindəki evlərdən birindən 1665 manat pul və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini Mərhəmət Fərzəliyev saxlanılıb. Ətrafında aparılan əməliyyat-axtarış tədbirləri ilə onun digər oğurluq əməllərinin də üstü açılıb. Belə ki, M.Fərzəliyevin ötən il müxtəlif vaxtlarda Masallı rayonunun Ərəb kəndindəki bir evdən 650 manat pul və 3600 manat dəyərində qızıl-zinət əşyaları, Xırmandalı kəndindəki bir evdən isə 960 manat pul oğurladığı müəyyən edilib. 

Faktlarla bağlı araşdırma aparılır

13:24 - 4 Yanvar 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin