Bakı polisi Azərbaycanın tanınmış idmançısını narkotik vasitə satdığı üçün saxlayıb.
Güləşçi Mahir Əmiraslanov Bakının bir sıra kəndlərinin sakinlərinə narkotik vasitə satıb.
Saxlanılan şəxsin üzərində müxtəlif növ narkotik və psixotrop maddələr aşkar edilib.
Mahir Əmiraslanov Minsk-2019 II Avropa Oyunlarının qalibi, 2015-ci ildə yeniyetmələr arasında dünya çempionudur.