Daxili İşlər Nazirliyi (DİN) Vətən müharibəsi şəhidi İnqilab Qədirbəylinin adına protokol göndərilməsi ilə bağlı məsələyə münasibət bildirib.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, bununla bağlı sosial şəbəkələrdə müxtəlif məzmunlu fikirlər paylaşılır.
Qeyd olunub ki, 52-BG-172 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı sonuncu etibarnamə İnqilab Qədirbəylinin adına verilib.
Həmin etibarnamə avtomaşın sahibi tərəfindən ləğv edilmədiyi üçün protokol avtomatik onun adına tərtib edilib.
“Bu məsələni siyasiləşdirmə cəhdi ənənəvi davranışdır. Şəhidlər bizim baş tacımızdır, onların adının siyasi platformalarda hallandırılması cəhdləri yanlışdır”, - məlumatda deyilir.