"Məktəb direktorunun səs yazısı ilə bağlı fakt araşdırılır" - Baş Prokurorluq

Ağstafa rayonunun Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı fakt rayon prokurorluğunda araşdırılmağa başlanılıb.

Bu barədə  Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Məlumat verilib ki, qeyd edilən faktla bağlı hazırda araşdırma aparılır.

Xatırladaq ki, sosial şəbəkələrdə M.Məmmədovanın səs yazısı yayılıb. O, rəhbərlik etdiyi təhsil müəssisəsində işləyən müəllimdən əlavə dərs saatları müqabilində pul istəyir. Müəllim isə imkanının olmadığını söyləyir.

14:39 - 28 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin