Sürücü maşının başına "oyun açıb", özü də yol polisindən narazıdır - FOTOLAR

 Sürücü maşının başına

Bakıda yol polisi tərəfindən saxlanılan sürücü sosial şəbəkədə məlumat yayıb. Əziz Ağalarov adlı sürücü yaydığı məlumatda qeyd edib ki, idarə etdiyi “VAZ-2105” markalı 10-NV-579 qeydiyyat nişanlı avtomobillə paytaxtın Heydər Əliyev prospektində hərəkət edən zaman, yol polisi əməkdaşı onu saxlayaraq heç bir səbəb olmadan avtomobili mühafizə olunan duracağa aparıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinn bölmə rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib ki, avtomobil səbəbsiz yerə dayandırılmayıb: “Təqdim etdiyimiz fotolara baxan zaman aşkar şəkildə görünür ki,  avtomobilin konstruksiyasına bir neçə dəyişiklik edilib. Belə ki, qeydiyyat nişanı nəzərdə tutulmayan yerə təhkim edilib, arxanı göstərən güzgülər banın digər yerinə bərkidilib, disk və təkər ölçüsünü dəyişməklə normativ tələblər pozulub, ötürücülər qutusunun başlığı dəyişdirilib, o cümlədən avtomobilin asqı sisteminə müdaxilə edilərək yer səthinə yaxınlaşdırılıb. Eyni zamanda avtomobilin oturacaqlarını və təhlükəsizlik kəmərlərini dəyişərək konstruksiyaya müdaxilə edib. Bununla yanaşı dilimizə uyğun olmayan yazıların avtomobilin arxa şüşəsində olması da müəyyən edilib”.

“Sizin vasitənizlə bu avtomobilin sürücüsü Əziz Ağalarovun bir daha nəzərinə çatdırırıq ki, onun yazdığı və göstərdiyi arqumentlərin heç bir öz əksini tapmayıb”- deyə  Vaqif Əsədov bildirib.///avtosfer


14:35 - 28 Yanvar 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin