Uşaq bağçasında seyfdən 1000 manat oğurladılar

 Uşaq bağçasında seyfdən 1000 manat oğurladılar

Bakıda uşaq bağçalarından silsilə oğurluqlar edən şəxslər saxlanılıb.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 22-də Binəqədi rayonunda yerləşən uşaq bağçalarından birindən oğurluq edilib. Naməlum şəxslər bağçaya ümumilikdə 5 min manata yaxın maddi ziyan vurublar. 

Oğurluq etməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər Xaçmaz rayon sakini Elturan Vəlibəyov və Sumqayıt  şəhər sakini Vaqif Səfərov saxlanılıblar. Araşdırma zamanı müəyyən edilib ki, Elturan Vəlibəyov və Vaqif Səfərov cəzaçəkmə müəssisəsində tanış olublar.

Onlar hadisə günü qeyd edilən bağçaya daxil olaraq otaqlardan birində olan seyfi sındıraraq oradan 1000 manat nağd pul, 1 ədəd televizor, uşaq bağçası üçün nəzərdə tutulan müxtəlif növ məişət avadanlıqlarını və yeyinti məhsullarını oğurlayıblar. Daha sonra həmin şəxslər oğurladıqları əşyaları Vaqif Səfərovun Sumqayıt şəhərində yerləşən mənzilinə aparıblar. Oğurlanan əşyaların bir qismi həmin mənzildən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Qeyd edək ki, Elturan Vəlibəyov və Vaqif Səfərovun bağçadan oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb. Saxlanılan şəxslər ifadələrində paytaxtın Xətai və Nəsimi rayonlarında da uşaq bağçalarından oğurluqlar etdiklərini etiraf ediblər.


12:26 - 28 Yanvar 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin