Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri gözlənilir
Bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib. O deyib ki, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması davam edir:
“Fevral ayından etibarən qarşılıqlı uçuşlar başlayacaq. Antalya Diplomatiya Forumunda 50 nazir, 30 beynəlxalq təşkilatın nümayəndəsi iştirak edəcək. Hər kəsin səsinin eşidilməsini istəyirik. Biz buraya Ermənistan nümayəndələrini də dəvət etmişik. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və xüsusi nümayəndə Rubin Rubinyan Antalya diplomatiya forumunda iştirak edəcəklər. Ermənistanın Baş naziri Nikol Paşinyan da gələcəklərini deyib. Gəlsələr, məmnun olarıq”.