"Qardaşım qeyri-yaşayış obyekti tikir" - Generaldan Açıqlama

Bir müddət budan əvvəl Penitensiar Xidmətin sabiq rəis müavini, ədliyyə general-mayoru Hüseynağa Əlixanovun Qubada qardaşı ilə bərabər otel tikdirməsi xəbəri yayılmışdı. Otelin tikintisinin səhvən Quba Rayon İcra Hakimiyyətindən deyil, Qusar Rayon İcra Hakimiyyətindən alındığı, bunun da tikintiyə problem yaratdığı qeyd edilmişdi.

Məsələ ilə bağlı açıqlama verən general Hüseynağa Əlixanov məlumatın yalan olduğunu bildirib.
“Mən heç bilmirəm söhbət nədən gedir. Bu məlumat yalandır. Mənim qardaşım rayonda neynəyir, nə iş görür, mənim xəbərim yoxdur. “


Hüseynağa Əlixanov daha sonra bunları qeyd edib:
“Mənim qardaşımın rayonda xüsusi bir həyəti var idi. Onu söküb qeyri-yaşayış sahəsi tikir ki, öz balalarını, nəvələrini dolandırsın. Hər halda otel tikmir. Tikintiyə icazəni də Quba Rayon İcra Hakimiyyəti verib. Qusar İcra Hakimiyyəti ora tikintiyə icazə verə bilməz,  təbii ki, bu cəfəngiyatdır.” //Manşet.az

15:22 - 27 Yanvar 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin