"Bu il 30 mindən çox əlil işə götürülməlidir" - Nazirdən tələb

"Son 4 ildə 40 mindən çox şəxs özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunublar".

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazirin sözlərinə görə, əsas hədəflərdən biri də əlilliyi olan şəxslərin maksimum işə götürülməsidir: "Son üç ildə əmək bildirişlərinin 3 faizi əlilliyi olan şəxslərlə əlaqəli olub. Halbuki bu göstərici əvvəl 1,2 faiz idi. Əmək bazarının bu sahədəki tələbi isə 5 faizdir. Bu da o deməkdir ki, 30 mindən artıq əlilliyi olan şəxsin bu il ərzində işə götürülməlidir".

12:53 - 27 Yanvar 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin