Tovuz şəhərindəki ticarət mərkəzində ölümlə nəticələnən yanğın hadisəsinin bəzi təfərrüatları məlum olub.
Məlumata görə, həmin ərazidə yanmış meyiti aşkarlanan 62 yaşlı Ələkbər Ələkbərov tüfeyli həyat tərzi yaşayıb. O, orada gecələyib və isinmək üçün ocaq qalayıb. İçki düşkünü olduğu bildirilən şəxs elə qaladığı ocağ səbəbindən yaranmış yanğında dünyasını dəyişib.
Qeyd edək ki, Tovuz şəhərində, ticarət mərkəzinin ərazisində sökülməkdə olan birmərtəbəli binanın sahəsi 12 kvadratmetr olan bir otağında məişət tullantıları 3 kvadratmetr sahədə yanıb. Ə.Ələkbərovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən ərazidə aparılan kəşfiyyat zamanı aşkarlanıb.
Onun meyiti adiyyəti üzrə təhvil verilib.