Gəncədə supermarketin divarını uçuran şəxslər kassadan 60 min manat pul oğurlayıblar.
Hadisə yanvarın 25-i gecə saatlarında baş verib.
2 nəfər maskalı naməlum şəxs "Əminə Premium" marketinin arxa hasarını uçuraraq içəri daxil olub. Kassadan 60 000 manat nağd pulu oğurlayıblar. Faktla bağlı araşdırma aparılır. //qafqazinfo