FHN: Yaşayış binasında yanğın zamanı 20-yə yaxın sakin təxliyə olunub

 FHN: Yaşayış binasında yanğın zamanı 20-yə yaxın sakin təxliyə olunub

Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanında çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı xəsarət alan olmayıb.


Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi İlqar Nəsibov deyib. 

Qeyd olunub ki, yanğın sahəsi 85 kvadratmetr olan 3 otaqlı mənzildə qeydə alınıb. Yanğın zamanı 20-yə yaxın bina sakini təxliyə edilib. Yanğınla bağlı 14:40-da məlumat verilib. 14:44-də yanğınsöndürənlər və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları, 3 yanğınsöndürmə avtomobili hadisə yerinə cəlb olunub.

20:00 - 26 Yanvar 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin