DSMF-nin binasını yandırmaq istədilər

 DSMF-nin binasını yandırmaq istədilər

Şəkidə Dövlət Sosial Müdafiə Fondunun binasını yandırmaq istəyən şəxs saxlanılıb.

Bunu Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov deyib.

O bildirib ki, yanvarın 25-i günorta saatlarında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər Şöbəsinin pəncərəsinə və vətəndaşa məxsus avtomobilə naməlum şəxs tərəfindən benzin tökülərək az bir hissəsinin yandırılması ilə bağlı polis şöbəsinə məlumat daxil olub: "Daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən şəhər sakini, 2010-cu ildən psixiatriya xəstəxanasında qeydiyyatda olan ruhi-əsəb xəstəsi Murad Əhmədov Yevlax rayonu ərazisində saxlanılaraq şöbəyə gətirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

11:30 - 26 Yanvar 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin