Bakıda müəllimi döyən şəxsdən oyuncaq tapança götürüldü

 Bakıda müəllimi döyən şəxsdən oyuncaq tapança götürüldü

Bakıda müəllimi döyən şəxsdən oyuncaq tapança götürüb.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə yanvarın 24-də rayon ərazisində yaşayan F.Hüseynovun evinə gələn şəxsin xuliqanlıq zəminində onu silahla hədələyərək döyməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə və videogörüntüsünü sosial şəbəkədə yaymaqda şübhəli bilinən Ağdaş rayon sakini F.Əfəndizadə qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Ondan hadisəni törədərkən istifadə etdiyi oyuncaq tapança da götürülüb.

 

Araşdırma aparılır.

 

Qeyd edək ki, F.Hüseynov məktəb müəllimidir.

11:22 - 26 Yanvar 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin