Ağciyər Xəstəlikləri İnstitutunda yanğın: Polislər 40-dan artıq xəstəni xilas etdi

 Ağciyər Xəstəlikləri İnstitutunda yanğın: Polislər 40-dan artıq xəstəni xilas etdi

Dünən günorta saatlarında Bakı şəhəri, Nizami rayonunda yerləşən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yanğın baş verib.

Hadisə şahidlərinin Oxu.Az-a verdiyi məlumata görə, elektrik naqillərində qısaqapanmadan yaranan yanğın xəstələrin həyatına təhlükəyə məruz qoyub. Hadisə zamanı mühafizə polis olmasaymış faciə baş verəcəkmiş.

İnstitutda mühafizə işini təşkil edən Daxili İşlər Nazirliyinin Rayon Mühafizə İdarəsinin əməkdaşlarının çevik müdaxiləsi ilə 40-dan artıq xəstə ani çağırışla təxliyə olunub. Fövqaladə Hallar Nazirliyinin əməkdaşları və polisin birgə səyi nəticəsində ağır xəstələr boğulmadan xilas edilib.

11:05 - 26 Yanvar 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin