Axtarışda olan şəxs oğurluq edən zaman ələ keçdi

 Axtarışda olan şəxs oğurluq edən zaman ələ keçdi

Bakıda aptekdən oğurluq edən şəxslər saxlanılıb.

Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki apteklərin birində kassadan 1300 manat pul oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri N.İsmayılov və N.Mustafayeva müəyyən edilərək saxlanılıb. Araşdırmalarla N.İsmayılovun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilir.

10:27 - 26 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin