Bakıda beş gün əvvəl - yanvarın 20-də avtomobilə atəş açılması ilə bağlı baş verən hadisənin bəzi təfərrüatı məlum olub.
Məlumata görə, avtomobilinə atəş açılmış Tərlan Namazov keçmiş polis əməkdaşıdır.
O, əvvəllər xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric edilib. Ona atəş açan şəxs isə T.Namazovun ailə üzvü olub. Belə ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Atəş açan şəxsin (onun adını hələ ki, öyrənə bilməmişik - Oxu.Az) isə hadisə zamanı sərxoş olduğu bildirilir. Həmin şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılıb. //oxu.az