“Azərbaycanın ərazi bütövlüyünü tanıması və sərhədlərin toxunulmazlığı barədə Ermənistan parlamenti tərəfindən ratifikasiya olunmuş saziş var. 1992-ci ildə ratifikasiya olunub. Azərbaycan da onu ratifikasiya edib. İkinci nüans budur ki, Madrid prinsiplərindən biri hər iki tərəfin danışıqlar üçün əsas kimi qəbul etdiyi ərazi bütövlüyü prinsipidir. Yəni, de-yure, üstəlik MDB-də mövcud olan sərhədlər və ərazilər daxilində Ermənistan və Azərbaycan 1992-ci ildən sərhədlərin toxunulmazlığını və ərazi bütövlüyünü tanıyıb”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan yanvarın 24-də keçirilən onlayn mətbuat konfransında bildirib.