Üzərində “revolver” gəzdirən şəxsin evindən narkotik maddə aşkarlandı - FOTO

 Üzərində “revolver” gəzdirən şəxsin evindən narkotik maddə aşkarlandı - FOTO

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Ziya Həsənov saxlanılaraq polis şöbəsinə gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şöbədə şübhəli şəxsin üzərindən bir ədəd atəşə yararlı “revolver” tipli tapança və 14 ədəd 7.62 millimetrlik patron aşkar edilərək götürülüb.

Bundan başqa saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində yaşadığı evin zirzəmisindən 440 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub.


10:12 - 25 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin