Benzema Fransa prezidentinin təklifini qəbul etmədi

 Benzema Fransa prezidentinin təklifini qəbul etmədi

Fransa millisinin hücumçusu Kərim Benzema Fransa Prezidenti Emmanuel Makronun dünya çempionatının finalında birlikdə izləmək təklifini rədd edib. Bu barədə ESPN məlumat yayıb.

Nəşrin məlumatına görə, zədə səbəbindən turniri buraxan hücumçu prezident təyyarəsi ilə Qətərə tamaşaçı kimi gedə bilərdi, lakin bu dəvəti qəbul etməyib.

Qeyd olunub ki, Benzema hələ də komandanı dəstəkləyir və Argentina ilə qarşılaşmada titul qazanmasını istəyir.//report

11:38 - 18 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin