Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

 Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

“Azərbaycandan sənaye transformatorları və elektrik generatorlarının ilk partiyası artıq Ukraynaya çatıb və Rusiyanın hava hücumlarından ən çox zərər çəkmiş rayonlara yola düşüb”. Asayis.Az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski feysbuk hesabında yazıb.

O bildirib ki, bu yardım indi son dərəcə vacibdir, çünki Ukraynanın mülki əhalisi və mühüm infrastruktur obyektləri davamlı olaraq atəşə tutulur:

“Dəstək və köməyə görə dost Azərbaycanın rəhbərliyinə və xalqına səmimi təşəkkürümüzü bildiririk. Yaşasın Ukrayna, yaşasın Azərbaycan!”

Qeyd edək ki, bu gün Azərbaycanın göndərdiyi növbəti humanitar yardımın bir hissəsi Ukraynaya çatıb.

16:45 - 17 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin