Azərbaycan əsilli müğənni “Survivor-2023”də iştirak edəcək - FOTO

 Azərbaycan əsilli müğənni “Survivor-2023”də iştirak edəcək - FOTO

Türkiyənin reytinqli yarışmalarından olan "Survivor"un daha bir iştirakçısı təsdiqlənib. Asayis.Az xəbər verir ki, müğənni Yusuf Güney “Survivor-2023” yarışmasında iştirak edəcək.

Bu barədə layihə rəhbəri Acun Ilıcalı instaqram hesabında paylaşım edib.

Xatırladaq ki, Güney Bakıda qonaq olarkən azərbaycan əsilli olduğunu açıqlamışdı.

Qeyd edək ki, yarışmada müğənni Berdan Mardini, aktyorlar Ümit Erdim və Murat Eken də yer alacaq.

16:13 - 17 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin