Oruc Zalov təqaüdə göndərildi

 Oruc Zalov təqaüdə göndərildi

Daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov vəzifəsindən azad olunub. Asayis.Az xəbər verir ki, bu barədə report-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı müvafiq sərəncam imzalanıb. General xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Digər sərəncamla, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov daxili işlər nazirinin yeni müavini təyin olunub.

13:10 - 17 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin