Həyat yoldaşını bıçaqlayaraq qətlə yetirmən şəxs hakim qarşısına çıxarılır

 Həyat yoldaşını bıçaqlayaraq qətlə yetirmən şəxs hakim qarşısına çıxarılır

Qusarda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Farik Mollayevin məhkəməsi başlayır.

BAKU.WS report-a istinadən xəbər verir ki, onun cianyət işi üzrə ibtidai istintaq başa çatıb.

İş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Aynur Rzayevanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin avqustunda Qusarın Piral kəndində qeydə alınıb.

Belə ki kənd sakini 1978-ci il təvəllüdlü F.Mollayev şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı 1988-ci il təvəllüdlü həyat yoldaşı Oksana Mollayevi bıçaqlayaraq qətlə yetirib.

F.Mollayevə qarşı Cinayət Məcəlləsinin (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

14:22 - 17 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin