Metroda qadının telefonunu oğurlayan şəxs saxlanılıb

 Metroda qadının telefonunu oğurlayan şəxs saxlanılıb

Bakıda metroda qadının telefonunu oğurlayan şəxs saxlanılıb. Bu barədə Asayis.Az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, metropolitendə Polis Şöbəsinə dekabrın 14-də metro stansiyasında qatarda bir qadının mobil telefonunun qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən İmişli rayon sakini Seymur Süleymanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

11:35 - 17 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin