Məşhur müğənni Bakıya kimin toyuna gəlib? - FOTO

 Məşhur müğənni Bakıya kimin toyuna gəlib? - FOTO

Türkiyənin məşhur müğənnisi Demet Akalın Bakıya gəlib. Asayis.Az xəbər verir ki, sənətçi bu barədə instaqram hesabında paylaşım edib. 

O, birgə çalışdığı stilist Anar Ağakişiyevin gözəllik salonunu ziyarət edib, fotolarını paylaşıb. 

Demet həmçini Röya ilə olan fotosunu da yayımlayıb.

Olay.az-ın məlumatına görə, sənətçi paytaxt restoranlarının birində dəbdəbəli toyda səhnə alıb.

Demet gecədə populyar mahnılarını səsləndirib. Nəsib Nurun aparıcılıq etdiyi məclisdə Xalq artisti Tünzalə Ağayeva, Əməkdar artist Xumar Qədimova da çıxış edib.

10:49 - 17 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin