Azərbaycanda ana və iki övladı dəm qazından zəhərlənib

 Azərbaycanda ana və iki övladı dəm qazından zəhərlənib

Qazax rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb. Asayis.Az report-a istinadən xəbər verir ki, Qazax rayon sakinləri, 1995-ci il təvəllüdlü Türkan Yusifova və onun 3 və 4 yaşlı övladları dəm qazından zəhərləniblər.

Hər üç şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və qənaətbəxş hesab olunur.

Faktla bağlı araşdırma aparılır.

10:15 - 17 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin