Türkiyənin məşhur pop ulduzu Hadise Açıkgöz bu dəfə evi ilə gündəmə gəlib. Asayis.Az xəbər verir ki, 5 aylıq evliliyini bitirən sənətçi İstanbulun Yeniköy səmtində 40 milyon lirəyə (təxminən 4 milyon manat) ev alıb.
37 yaşlı sənətçi yeni evinin təmirinə 3 milyon lirə (təxminən 300 min manat) pul xərcləyib.
Məlumata görə, yeni evinə əşyalar da almağa başlayan Hadise tezliklə köçməyi planlaşdırır.