"Argentinaya azarkeşlik etsəm də, bilirəm ki, Fransa çempion olacaq". Asayis.Az xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.
O, Argentinaya azarkeşlik etməsinin səbəbini belə açıqladı. "Mən hər zaman Messinin oyun tərzini xoşlamışam, ona azarkeşlik etmişəm. Messi də Argentinada oynayır deyə istərdim, DÇ-2022-də Argentina yığması qələbə qazansın. Başqa heç bir səbəbi yoxdur".
Qeyd edək ki, dekabrın 18-də oynanılacaq final görüşündə Argentina və Fransa kollektivləri üz-üzə gələcəklər.