Rusiyanın Buryatiya Respublikasında “Mi-8” helikopteri eniş zamanı qəzaya uğrayıb.
Asayis.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Buryatiya rəhbəri bildirib ki, Mi-8 helikopteri Baykal hava limanında eniş zamanı alışıb.
Məlumata görə, helikopterin göyərtəsində sərnişin olmayıb. Üç nəfərdən ibarət ekipaj üzvlərinin isə ölmə ehtimalının yüksək olduğu bildirilib.