Dövlət Vergi Xidmətinin rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsləri Eldəniz Əhmədov, Rüstəm Mirzəyev, Kənan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Asayis.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə məhkəmənin baxış iclası başlayıb.
Prosesdə ittiham aktı elan edilib.
İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyib.
Məhkəmənin növbəti iclası 25 dekabra təyin edilib.
