Ebru Gündeş Rza Zərrabı məhkəməyə verdi

 Ebru Gündeş Rza Zərrabı məhkəməyə verdi

Məşhur müğənni Ebru Gündeş keçmiş həyat yoldaşı azərbaycanlı iş adamı Rza Zərrabı məhkəməyə verib. Asayis.Az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi Zərrabın qızı Alaraya öz soyadını vermək üçün məhkəməyə müraciət edib.

İddialara görə, Gündeşin bu qərarı verməsinin ən böyük səbəbinin həm xəyanət xəbərləri, həm də Türkiyədə Zərrabın adı hallanan hadisələr olduğu bildirilir.

Qeyd edək ki, Gündeş bundan əvvəl qəyyumluqla bağlı məhkəməyə müraciət etmişdi.

12:10 - 16 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin