Aparıcı Fira Cəlilovanın evində gizlənən şəxsin kimliyi məlum olub.
Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, polis əməkdaşlarına Novxanı qəsəbəsində Fira Cəlilovanın anasına məxsus bağ evində müxtəlif cinayətlər törətməkdə təqsirləndirilən Əlihüseyn Hüseynovun gizlənməsi barədə məlumat daxil olub.
Müəyyən edilib ki, axtarışda olan həmin şəxs bilə-bilə həmin evdə gizlədilib.
Hadisə yerinə əməliyyat qrupu gedib və Ə.Hüseynov gizlədildiyi yerdən aşkarlanaraq saxlanılıb.
