“Sülhməramlıların missiyası vaxtından əvvəl sonlandırılsın”

 “Sülhməramlıların missiyası vaxtından əvvəl sonlandırılsın”

“Bir neçə gündür ki, ekoloqlar Azərbaycanın torpağında ekologiyamıza vurulan ziyana etirazını bildirir”.

Asayis.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Millət vəkili bildirib ki, Rusiya sülhməramlıları oradakı ermənilərlə birləşib qanunsuz silah daşıyır, İran vətəndaşlarını qanunsuz olaraq Azərbaycan ərazisinə buraxır: “Soydaşlarımız buna etiraz edirlər. Biz bunu dəstəkləyirik. Bu proseslərdə bizim gənclərimiz də iştirak edir. Azərbaycan gəncləri heç nəyi unutmur. Azərbaycan gəncləri bu gün vətənini köhnə nəsildən də çox sevir. Gənclərimizin hər biri Prezident İlham Əliyevin dövründə vətənpərvərlik dərsləri alıb. Biz belə gənclərimizin olmasına görə fəxr edirik”.

11:47 - 16 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin