Bakıda TIR-la minik maşını toqquşub - Ölənlər var

 Bakıda TIR-la minik maşını toqquşub - Ölənlər var

Bakıda TIR-la minik maşını toqquşub, 2 nəfər ölüb.

Asayis.Az report-a istinadən xəbər verir ki, hadisə dekabrın 15-də paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Behbudov Vasif Murad oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobilinin idarəetməsini itirərək İran vətəndaşı, 1985-ci il təvəllüdlü Nazari Çiqlan Cabir oğlunun idarə etdiyi TIR markalı yük avtomobilinin arxasına çırpılıb.

Nəticədə sürücü Vasif Behbudov və həmin avtomobilin ön sərnişin oturacağında olan, hələlik şəxsiyyəti müəyyən edilməmiş kişi cinsli sərnişin ölüb, digər 2 nəfər kişi cinsli sərnişinlər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

10:29 - 16 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin