Prokuror anasını və bacısını öldürən şəxsə 20 il həbs cəzası istəyib

 Prokuror anasını və bacısını öldürən şəxsə 20 il həbs cəzası istəyib

Prokuror anasını və bacısını qətlə yetirməkdə ittiham olunan Murad Niftizadənin 20 il azadlıqdan məhrum edilməsini istəyib.

Asayis.Az report-a istinadən xəbər verir ki, bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə elan edib.

Məhkəmənin növbəti iclası dekabrın 20-nə təyin olunub.

Qeyd edək ki, hadisə 2019-cu ilin dekabrında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki M.Niftizadə anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni şəxsi münasibətlər zəminində qətlə yetirib.

Hadisədən sonra M.Niftizadə Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

O, Rusiyada tutularaq Azərbaycana ekstradisiya olunub.

16:08 - 15 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin