Şamaxının kəndində 9-cu sinifdə qız uşaqları yoxdur - Deputat

 Şamaxının kəndində 9-cu sinifdə qız uşaqları yoxdur - Deputat

“Bu gün intihar edən kişilərin sayı qadınlardan çoxdur. Amma qadınların intiharının birinci səbəbi məişət zorakılığıdır”.

Asayis.Az apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Baş Prokuror yanında İntihar Komissiyasının üzvüdür: “Uşaqların da intiharına səbəb daha çox ata-ananın davasıdır. Digər tərəfdən, uşaqlara qarşı cinsi istismar var. Bu hallar Azərbaycanda da baş verir. Bununla bağlı cəzalar sərtləşdirilməlidir, bunu edənlər axtalanmalıdır”.

Deputat erkən nikah probleminə də diqqət çəkib: “Mənim təmsil olunduğum Şamaxı rayonunda da bu problem var. Şamaxıda bir kənd var, orada bu daha çoxdur. Şıxbaba kəndində 9-cu sinifdə, demək olar, qız uşaqları yoxdur. Biz gedib az qala yalvarırıq ki, qız məktəbə gəlmir, heç olmasa buraxılış imtahanı versin, nə atası qoyur, nə qardaşı. Baxırlar, qonşu bir-birinə qardaş deyir, onun bacısı məktəbə getmir, mənimki də getməsin”.

15:55 - 15 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin