Rəsmi Moskvadan Laçın yolunun bağlanmasına ilk reaksiya

 Rəsmi Moskvadan Laçın yolunun bağlanmasına ilk reaksiya

Rəsmi Moskva Laçın yolunun bağlanmasına münasibət bildirib.

Asayis.Az tass-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova jurnalistlərə açıqlamasında danışıb.

O bildirib ki, baş verənlərə səbəb filiz yataqlarının işlənməsi ilə bağlı tərəflər arasında yaranan fikir ayrılıqlarıdır.

“Biz ən yaxın zamanda nəqliyyat əlaqələrinin bərpasına ümid edirik, Rusiya sülhməramlı kontingenti gərginliyi azaltmaq üçün fəal işləyir”, - deyə Zaxarova bildirib.

15:25 - 15 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin