Bakıda iki avtomobil toqquşdu - Biri mağazaya girdi - FOTO

 Bakıda iki avtomobil toqquşdu - Biri mağazaya girdi - FOTO

Bakıda Sabunçu rayonu, Maştağa qəsəbəsində yol nəqliyyat hadisəsi baş verib.

Asayis.Az xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətt"inə məlumat daxil olub.

Hadisə şahidinin bildirdiyinə görə, qəza zamanı 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına məxsus maşınla "VAZ 21 06" markalı avtomobil toqquşub.

Qəzadan sonra avtomobillərdən biri yaxınlıqdakı mağazaya çırpılıb.

Sürücülərdən biri xəsarət aldığı üçün xəstəxanaya aparılıb.

13:59 - 15 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin