Kəlbəcərdə inşaat şirkətinin yük maşını qaçırıldı

 Kəlbəcərdə inşaat şirkətinin yük maşını qaçırıldı

Kəlbəcər rayonu ərazisində inşaat şirkətinə məxsus “HOWO” markalı yük avtomobilinin qaçırılması barədə polisə məlumat daxil olub.

Asayis.Az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Kəlbəcər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən orada sürücü işləyən Goranboy rayon sakini Elçin İsmayılov saxlanılıb.

Avtomobil şirkətə təhvil verilib.

Araşdırma aparılır.

12:36 - 15 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin